Nazim Süleymanov: " Ancaq irəli baxmalıyıq"

23:57 11-11-2018
Nazim Süleymanov: " Ancaq irəli baxmalıyıq"

Azərbaycan Premyer Liqasının 11-ci turunun son qarşılaşmasında “Sumqayıt” “Keşlə”ni qəbul edib – 1:4.
Sportmedia.az xəbər verir ki, meydan sahiblərinin məğlub olduğu matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Nazim Süleymanov oyunla bağlı fikirlərini bildirib:

"İki fərqli hissə izlədik. İlk hissədə yaxşı oynadıq, qol imkanlarımız oldu. Amma ikinci hissədə səhvlər etdik və məğlub olduq. İlk qolda qapıçımız, ikinci hissədə isə müdafiəçilərimiz səhv etdi. Bu gün yenə azlıqda qaldıq. Deyəsən, fiziki cəhətdən bir az geridə qalırıq. Ancaq irəli baxmalıyıq".


.
.
.
0.39110088348389