U-19 ilk oyunda məğlub olub

16:49 14-11-2018
U-19 ilk oyunda məğlub olub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Sportmedia.az xəbər verir ki, komandamız Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda İsrail yığması ilə qarşılaşıb. Qarşılaşma 4:1 hesabı ilə israilli futbolçuların xeyrinə başa çatıb.
Yığmamız turnirdə növbəti oyununu noyabrın 17-də, Bakı vaxtı ilə saat 17:00-da Gürcüstan komandasına qarşı keçirəcək.


.
.
.
1.3277561664581