"Liverpul"un futbolçusu "Fənərbaxça"nın maraq dairəsində

17:38 14-11-2018
"Liverpul"un futbolçusu "Fənərbaxça"nın maraq dairəsində

Yanvarda heyətini gücləndirməyi hədəfləyən “Fənərbaxça” çalışmalara başlayıb.
Sportmedia.az xəbər verir ki, “sarı-lacivərtlilər”in idman direktoru Damyen Komolli “Liverpul”da kifayət qədər forma şansı verilməyən Joel Matipi icarəyə götürmək niyyətindədir.
Oyunçunu İngiltərənin “Fulhem” klubu da rənglərinə bağlamaq istəyir.
Qeyd edək ki, futbolçu karyerasına Almaniyada başlayan Matip “Boxum”, “Veytmar” və “Şalke”də aşağı yaş qruplarında forma geyinib. 27 yaşlı müdafiəçi 2016-2017 mövsümünün əvvəlində “Şalke”dən “Liverpula” pulsuz transfer olub.
Kamerunlu futbolçu karyerasında iştirak etdiyi 373 qarşılaşma 37 qol vurub və 19 məhsuldar ötürmə edib. “Liverpul” ilə 2020-ci ilədək müqaviləsi olan Joel Matip bu mövsüm “mersisaydlılar”ın heyətində 7 oyunda iştirak edib və 1 məhsuldr ötürmə edib.


.
.
.
0.35567307472229