Türkiyə klubu 3 futbolçusunu komandadan göndərir

14:51 16-11-2018
Türkiyə klubu 3 futbolçusunu komandadan göndərir

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” 3 futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.
Sportmedia.az xəbər verir ki, bu haqda “61Saat” məlumat yayıb.
Bildirilir ki, Qara dəniz təmsilçisi heyətdən kənarlaşdırılan iki futbolçusunu - illik 5 milyon avro qazanan Burak Yılmazı və 2.5 milyon avro qazanan Onur Kıvrakı yanvarda komandadan göndərmək niyyətindədi. Klub rəhbərliyi həmçinin, illik 2.5 milyon avro məvacib alan Yuray Kuçka ilə də yolları ayrımaq istəyir.
Qeyd edək ki, bu ayrılıqlar reallaşarsa, “Trabzonspor” cəmi 61 milyon türk lirəsinə bərabər olan maaş yükündən xilas olmuş olacaq.


.
.
.
0.54251503944397