Arsen Venger: "Hələ karyeramı sonlandırmamışam!"

18:32 16-11-2018
Arsen Venger: "Hələ karyeramı sonlandırmamışam!"

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger kayerasını başa vurmaq fikrində olmadığını və yeni bir komanda çalışdırmaq istədiyini deyib.
Sportmedia.az xəbər verir ki, fransalı çalışdırıcı açıqlamasında bildirib:

"Yaşlandığınızda hər kəs sizin təqaüdə çıxmağınızı gözləyir. Ama mən yaşadığım müddətcə davam edəcəm. 35 ildir bu işlə məşğulam. Təcrübəm və bilgimlə öyrədəcəyim çox şey var. Əgər bu işi edə bilməsəm, yaşamağın bir mənası olmaz".

Qeyd edək ki, 22 il "Arsenal"ı çalışdıran Venger keçən mövsüm klubdan ayrılmışdı.


.
.
.
0.40683579444885