"Fənərbaxça"da transfer hərəkatı başlayıb

16:57 17-11-2018
"Fənərbaxça"da transfer hərəkatı başlayıb

“Fənərbaxça” “Lester Siti”dən icarəyə götürdüyü və mövsümün sonunda ayrılacağı gözlənilən İslam Slimaninin yerinə forvard almaq üçün hərəktə keçib.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fanatik” məlumat yayıb.
“Sarı-lacivərtlilər”in idman direktoru Damyen Komolli “Liverpul”da forma geyinən və mövsümün sonunda müqaviləsi başa çatan Deniel Starrici razı salmaq üçün çalışmalara başlayıb. Fransalı idman direktorunun maraq dairəsinə düşən digər futbolçu isə “Hereenven” forması geyinən Arber Zenelidir. “Fənərbaxça” mövsümün sonunda azad agent olacaq 23 yaşlı hücumçunu rənglərinə bağlamaq məqsədilə yei mövsüm üçün təkıif göndərəcək.


.
.
.
0.39129996299744