"Monako"nun futbolçusu "Real"a təklif edilib

17:40 17-11-2018
"Monako"nun futbolçusu "Real"a təklif edilib

“Monako”nun futbolçusu Radamel Falkao komandadan ayrıla bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.
Bildirilir ki, “Monako”nun baş məşqçisi Tyeri Anrinin bəyənmədiyi kolumbiyalı oyunçunun meneceri Xorxe Mendes Falkaonu hücum xəttində problemlər yaşayan “Real”a (Madrid) təklif edib.
Qeyd edək ki, 32 yaşlı forvardın Fransa təmsilçisi ilə olan sözləşməsinin başa çatmasına 1 il yarım var.


.
.
.
0.37053799629211