"Qalatasaray" o futbolçusu ilə yeni müqavilə imzalayır

17:50 17-11-2018
"Qalatasaray" o futbolçusu ilə yeni müqavilə imzalayır

“Qalatasaray” 18 yaşlı gənc futbolçusu Ozan Kabaka yeni sözləşmə təklif edəcək.
Sportmedia.az xəbər verir ki, bu haqda “Fanatik” məlumat yayıb.
“Cim Bom” illik 220 min türk lirəsi qazanan müdafiəçiyə 5 illik müqavilə təklif etməyə hazırlaşır. Yeni sazişə əsasən Kabak illik 1.5 milyon türk lirəsi maaş alacaq.
Qeyd edək ki, Ozan Kabak bu mövsüm “Qalatasaray” forması ilə ikisi Çempionlar Liqası olmaqla 10 oyunda iştirak edib.


.
.
.
0.47969317436218