ML: Azərbaycan – Farer adaları: Məşqçi fikirləri

23:59 17-11-2018
ML: Azərbaycan – Farer adaları: Məşqçi fikirləri

UEFA Millətlər Liqası turnirində bu gün Azərbaycan – Farer adaları oyunu keçirilib (2:0).
Sportmedia.az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini səsləndiriblər:

Qurban Qurbanov (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə bizim üçün vacib idi. Bu münasibətlə futbolçularımı təbrik edirəm. Hər şey istədiyimiz kimi oldu. Azarkeşlərə təşəkkürümü bildirirəm. Çoxdan idi evdə qalib gəlmirdik. Rəqib bir qədər fərqli sistemlə oynadı ki, buna da hazır idik. Düzdü, ikinci hissənin əvvəllərində çətinlik çəkdik, amma sonradan istədiyimizi ala bildik.
Qarşıda bizi daha vacib oyun gözləyir. Kosovoda qələbə qazanmalıyıq. Həmin oyunda futbolçular güclərini sərf edəcəklər ki, istəyimizi reallaşdıraq. Kosovonun oyununa bələdik. Ancaq bu gün Maltaya qarşı keçirdikləri oyunu da təhlil edəcəyik. Meydana ən münasib heyəti buraxacağıq. Kamran Ağayevlə Pavel Paşayevin oynaya bilib-bilməyəcəyini indidən deyə bilməyəcəm. Bəzi futbolçuların da mikrozədələri var. İstənilən halda, qrupdakı son matçıımızda xarakter göstərib, qələbə qazanmağa çalışacağıq”.

Lars Olsen (Farer adaları milli komandasının baş məşqçisi): “Qələbə münasibəti ilə komandanızı təbrik edirəm. Güclü olduğunuzu qəbul edirəm. Layiqli qələbə qazandınız. Oyunu iki hissəyə bölərdim. Birinci hissədə kobud səhvlərə yol verdik və qollar buraxdıq. Fasilədən sonra fəallaşsaq da, bu nəticəni dəyişməyimiz üçün kifayət etmədi. Komandanıza Kosovo ilə oyunda uğurlar arzulayıram. Maraqlı qarşılaşma olacağını deyə bilərəm”.


.
.
.
0.40333986282349