Azərbaycan gimnastları akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medalını qazanıblar

13:51 18-11-2018
Azərbaycan gimnastları akrobatika gimnastikası üzrə Dünya Kubokunun "gümüş" medalını qazanıblar

Akrobatika gimnastikası üzrə Dünya Kubokunda kişi cütlükləri tərkibində çıxış edən Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov (28,600 bal) gümüş medal qazanıblar.

Sportmedia.az xəbər verir ki, Trend-in məlumatına görə, "qızıl" medalı rusiyalı gimanstlar Timofey İvanov və Maksim Karavayev (29,182 bal), "bürünc" medalı isə qazaxıstanlı idmançılar Daniel Dil və Vadim Şulyar (28,583 bal) qazanıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.


.
.
.
0.39577388763428