Gənclərdən ibarət qrup komandamız vətənə medalla qayıdır

14:18 18-11-2018
Gənclərdən ibarət qrup komandamız vətənə medalla qayıdır

Dünən, İsrailin Ramat-Qan şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Sportmedia.az xəbər verir ki, bu yarışda ölkəmizi təmsil edən gənclərdən ibarət qrup hərəkətləri komandamız (Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Nəzrin Cəfərzadə, Selcan Hacızadə, Fatimə Əkbərova, Ləman Əlimuradova) qızıl medal qazanıb.

Qızlarımız öz kompozisiyalarını səhvsiz icra edərək, hakimlərdən 16.000 xal alıblar və bununla da fəxri kürsünün ilk pilləsinə yüksəliblər.


.
.
.
0.45872688293457