Aykut Kocamanın ilk hədəfi "Fənərbaxça"lı oyunçudu

14:32 18-11-2018
Aykut Kocamanın ilk hədəfi "Fənərbaxça"lı oyunçudu

Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”un yeni baş məşqçisi Aykut Kocamanın ilk transfer hədəfi bəlli olub.
Sportmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis heyəti Aatif Şaeşue ilə gücləndirmək istəyir.
Yanvarda “Fənərbaxça”ya təklif göndəriləcəyi bildirilir.
32 yaşlı yarımmüdafiəçi Aykut Kocamanın çalışdırdığı “Fənərbaxça”nın heyətində keçən mövsüm bütün turnirlər daxil olmaqla 37 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. “Konyaspor” həmin mövsümün əvvəlində Aatifi rənglərinə bağlamaq istəsə də, mərakeşli oyunçu təklifi qəbul etməmişdi.


.
.
.
0.42048597335815