"İqtisadçı" hollandlara qarşı

12:03 23-10-2012
"İqtisadçı" hollandlara qarşı
SM: Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinə start veriləcək.Sportmedia.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən “İqtisadçı” mübarizəyə qoşulacaq. 

Komandamız Bakı İdman Sarayında Hollandiya “Sliedrext” klubunu qəbul edəcək. Oyunda Bülənt Karslıoğlunun yetirmələrinin qalib gələcəyi gözlənilir. Çünki “İqtisadçı”dan fərqli, rəqibin heyətini əsasən gənclər təşkil edir. Bundan əlavə, qələbə voleybolçularımız üçün vacibdir. Çünki təmsilçimiz bu halda səfərdə məğlubiyyət sayəsində belə “Qızıl set”ə ümid edəcək. 


23 oktyabr

18:00. “İQTİSADÇI” (AZƏRBAYCAN) - “SLİEDREXT” (HOLLANDİYA)
Hakimlər: Vladimir Payevski (Ukrayna), Dəniz Dəmir (Türkiyə)
Bakı, İdman Oyunları Sarayı

Qeyd edək ki, cavab oyunu oktyabrın 30-da olacaq.
 

.
.
.
0.44283986091614