"Kəpəz" Bakıda

16:01 29-10-2012
"Kəpəz" Bakıda
SM: Dünən səhər məşqindən sonra bazada nahar edən “Kəpəz”lilər klubun avtobusu ilə paytaxtın yolunu tutublar.
 
Sportmedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, saat 14:30-da yola çıxan nəqliyyat vasitəsi axşam saatlarında Bakıya çatıb.
 
Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində oktyabrın 30-da “İnter”in qonağı olacaq Mahmud Qurbanovun komandası bu gün oyunun keçiriləcəyi “Şəfa” stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 17:00-a nəzərdə tutulub. 

.
.
.
0.35366201400757