Türkiyə çempionatı: \"Fənərbahçe\" 6 qolla güldü

00:42 04-03-2012
	Türkiyə çempionatı: \"Fənərbahçe\" 6 qolla güldü
SM: Türkiyə çempionatında 29-cu turun oyunları keçirilir. Sportmedia.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.
 
“Ankaragücü” - “Eskişehirspor” görüşündə qonaqlar böyük hesabla qalib gəliblər. “Antalyaspor” da evdə “Samsunspor”a uduzub. “Mersin İdmanyurdu” “Orduspor”u minimal hesablı məğlubiyyətlə yola salıb. “Fenerbahçe” isə “Genclerbirligi” üzərində 6 qolla qələbə qazanıb.
 
İkinci oyun günündə “Bursaspor” “Karabükspor”, “Gaziantepspor” “İstanbul BB”, “Kayserispor” “Manisaspor”, “Beşiktaş” isə “Trabzonspor” ilə görüşəcək.
 
Turun qapanış matçında “Sivasspor” lider “Galatasaray”la qarşılaşacaq.
 
Türkiyə Super Liqası
29-cu tur
3 mart
 
Ankaragücü – Eskişehirspor - 2:5
Qollar: Qarhan, 37, Demirhan, 54 – D.Kamara, 38; 61, E.Zengin, 56, Dieqo, 60, A.Potuk, 70.
 
Antalyaspor – Samsunspor - 0:2
Qollar: Gekas, 14-pen, Ehiosun, 88.
 
Mersin İdmanyurdu – Orduspor - 1:0
Qol: Delev, 16.
 
Fenerbahçe – Genclerbirligi - 6:1
Qollar: Stox, 2; 38, Mussa Sou, 20, E.Belözoğlu, 56, Aleks, 64, Dia, 68 – S.Aydoğdu, 60-pen.
 
4 mart
 
17:00. Bursaspor - Karabükspor
17:00. Gaziantepspor - İstanbul BB
17:00. Kayserispor - Manisaspor
21:00. Beşiktaş - Trabzonspor
 
5 mart
 
22:00. Sivasspor - Galatasaray

.
.
.
0.37409996986389