Orxan Əliyev "Portu"dan qayıdır

13:03 21-11-2012
Orxan Əliyev "Portu"dan qayıdır

SM: Topaz Premyer Liqasının XIV turu çərçivəsində AZAL-la qarşılaşacaq "Sumqayıt" məşqlərini davam etdirir. Bayıl stadionunda hazırlaşan komandanın heyətində bəzi itkilər var.

urad Hüseynovla Murad Doymuş son məşqdə fərdi məşqlərlə kifayətlənib. "Porto"nun düşərgəsində baxışda olan Orxan Əliyevin isə cümə günü komandaya qoşulacağı gözlənilir.

Milli komandanın heyətində Şimali İrlandiya ilə keçirilmiş görüşdə barmağı sınan Səlahət Ağayev isə məşqlərə başlayıb. Ötən turdan cəza səbəbindən iştirak edə bilməyən Murad Ağayev də artıq kiçik zədəsini sağaldaraq komandaya qoşulub.


.
.
.
0.60240697860718