Hacıyev mətbuat konfrasına kimlərlə qatılacaq?

13:39 21-11-2012
Hacıyev mətbuat konfrasına kimlərlə qatılacaq?
SM: Bu gün saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Partizan”la oyun haqda jurnalistlərin suallarını cavablayacaq. Apasport.az xəbər verir ki, KİV önünə yenə “Neftçi”dən 2 futbolçu çıxacaq. Bunlar “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev və çilili hücumçusu Nikolas Kanales olacaq.

Qeyd edək ki, “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç isə jurnalistlər önünə saat 20:00-da çıxacaq. Ancaq serbiyalı çalışdırıcının mətbuat konfransına hansı futbolçu ilə qatılacağı bilinmir.
 

.
.
.
0.79121279716492