"Çelsi"dən şok qərar! Di Matteo qovuldu 

13:55 21-11-2012
"Çelsi"dən şok qərar! Di Matteo qovuldu 

SM: “Çelsi”nin baş məşqçisi Roberto di Matteo bu gün istefaya göndərilib. Sportmedia.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, italiyalı mütəxəssisin vəzifəsindən azad olunmasına "Çelsi"nin son vaxtlar uğursuz çıxışları səbəb olub. Dünən London təmsilçisi Çempionlar Liqasının beşinci turunun “Yuventus”la oyununda məğlubiyyətlə üzləşib. Bu yenilgiyə görə “Çelsi”nin turnirdə iştirakını davam etdirəcəyi sual altına düşüb.

Bundan başqa, “Çelsi” cari İngiltərə Premyer Liqasının son dörd oyununda da qələbə qazana bilmir. Ona görə də artıq "Yuventus"la dünənki qarşılaşmadan sonra di Matteonun istefaya göndəriləcəyi bildirilirdi.

"Çelsi"də di Matteonu müvəqqəti olaraq kimin əvəzləyəcəyi yaxın vaxtlarda məlum olacaq.


.
.
.
1.8014578819275