PFL təqvimdə yenə dəyişiklik etdi

15:29 21-11-2012
PFL təqvimdə yenə dəyişiklik etdi

SM: “İnter” klubunun baş məşqçisi və məşqçisinin 23 noyabr 2012-ci il tarixində AFFA tərəfindən təşkil olunan A kateqoriyalı məşqçi kurslarında iştirak edəcəyini və “Simurq” klubunun razılıq məktubunu nəzərə alaraq əvəzedici heyətlərin 14-cü turunun “Simurq” – “İnter” oyunu 23 noyabr tarixindən 22 noyabr 2012-ci il tarixinə keçirilib.

“Kəpəz” və “Tərəqqi” klublarının ev oyunlarını eyni stadionda keçirdiyini və ölkə kubokunun 1/8 final görüşlərinin 28 noyabr 2012-ci il tarixində keçiriləcəyini nəzərə alaraq Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” – “Turan” oyunu 25 noyabrdan 24 noyabr 2012-ci il tarixinə keçirilib.

Həmçinin “Tərəqqi” klubunun müraciəti əsasında və “Neftçi” klubunun razılıq məktubunu nəzərə alaraq ölkə kubokunun 1/8 final mərhələsinin “Tərəqqi” – “Neftçi” oyunu 28 noyabr 2012-ci il tarixdə Bakıda keçiriləcək.

“Şahdağ” klubunun müraciətini və “Göyəzən” klubunun razılıq məktubunu nəzərə alaraq I Divizionunun 13-cü turunun “Şahdağ” – “Göyəzən” oyunu 16 dekabr 2012-ci il tarixindən 30 noyabr 2012-ci il tarixinə keçirilib.


.
.
.
0.35116505622864