Stamenkoviçə "Partizan"dan mesaj gəldi

15:41 21-11-2012
Stamenkoviçə "Partizan"dan mesaj gəldi

SM: "Nə "Neftçi"nin, nə də bizim pley-offa çıxmaq şansımız qalıb. İndi sonuncudan əvvəlki yer uğrunda mübarizədən söhbət gedə bilər. Birinci qol vurmaq çox vacibdi. Çünki hesabı açan tərəf böyük üstünlük əldə edəcək. Amma bu, o, demək deyil ki, qarşılaşmanın taleyini yalnız bir qol həll edəcək". Bu sözləri Serbiyanın "Partizan" klubunun yarımmüdafiəçisi Miloş Yoyiç deyib.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Neftçi"yə qarşı keçirəcəkləri oyundan öncə bunları deyib: "Saşa Stamenkoviçin açıqlamasına gəlincə, o, özünə və komandasına çox əmindi. Amma ona çox çətin olacaq. Saşa ilə "Partizan"ın futbolçuları arasında Belqradda baş verənlər isə heç bir əhəmiyyət kəsb etmir".


.
.
.
0.56017112731934