Vermezoviç "Neftçi"ni təriflədi

00:49 23-11-2012
Vermezoviç "Neftçi"ni təriflədi
SM: “Çox gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi”. Sportmedia.az xəbər verir ki, xəbər verir ki, bu sözləri “Neftçi” – “Partizan” oyunundan sonra qonaq komandanın baş məşqçisi Vladimir Vermezoviç deyib. Serb məşqçi komandasının yaxşı müdafiə olunduğunu bildirib:

“Qol buraxdıqdan sonra qapıçımız 100 faizli toplar çıxardı. İkinci hissədə yaxşı oynadıq. Meydanda 10 oyunçuyla oynadıqda, yaxşı müdafiə olunduğu üçün komandama təşəkkür edirəm. Birinci oyundan fərqli, burda açıq oyun getdi. “Neftçi”Serbiya” çempionatında oynasaydı, çempionluğa oynayan komanda olardı. Rəqibin heyətində yaxşı oyunçular var. Flavinyonu xüsusilə qeyd edərdim. İstərdim ki, bizdə də belə futbolçular olsun. Qırmızı vərəqə verilən zaman Stamenekoviçlə Mitroviç arasında yaşanan münaqişə Serbiyadakı oyundakı hadisələrin təzahürüdür. Rəqib qapıçı əvvəl açıqlamarında fikrini sərt şəkildə bildirmişdi. İlk oyunda azarkeşlərdən təzyiq vardı. Mitroviçi cəzalandıracam. Futbolda belə hadisələr olur”.

.
.
.
0.5483980178833