Sadıq Sadıqov "Neftçi" haqda nə dedi?

03:49 23-11-2012
Sadıq Sadıqov "Neftçi" haqda nə dedi?
SM: “Oyuna yaxşı başladıq və vaxtında da qol vurduq”. Bu sözləri  açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov Avropa Liqasının V turunda “Partizan”la oyundan sonra deyib.

Paytaxt təmsilçisinin rəhbəri 1:1 hesabla nəticələnən qarşılaşmadan sonra əməkdaşımıza bildirib ki, komandası qələbə qazanmağa yaxın idi. Sadıqov, həmçinin rəqibin meydan qovulan futbolçusu Mitroviçin hərəkətinə də münasibət bildirib: “Amma yaratdığımız qol vəziyyətlərini dəyərləndirə bilmədik. Əvəzində, rəqib ikinci hissədə bizi cəzalandırdı. Rəqib futbolçularla aramızda heç nə olmamışdı. Görünür, onun sözü qurtarıb. “Partizan” rəhbərliyi onun haqqında ölçü götürməlidir”.
 

.
.
.
0.5564329624176