"Xəzər-Lənkəran" Gəncədə

15:15 23-11-2012
"Xəzər-Lənkəran" Gəncədə

SM: Premyer Liqanın XIV turunda “Kəpəz”in qonağı olacaq “Xəzər Lənkəran” Bakını tərk edib. Sportmedia.az xəbər verir ki, Qərb klubu ilə noyabrın 24-də üz-üzə gələcək lənkəranlılar iki gün əvvəldən səfərə çıxıb.

Bu gün səhər Dövlət Yol Polisi İdarəsinə məxsus stadionda məşqə çıxan “Xəzər Lənkəran” daha sonra Gəncəyə yola düşüb. Axşam saatlarında Qərb şəhərinə çatan komanda “Ramada” otelində məsunlaşıb. Karles Baeksin yetirmələri sabah saat 14.00-da Gəncə şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.


.
.
.
0.43448615074158