İrəvanda Azərbaycan bayrağı dalğalandı

11:45 29-11-2012
İrəvanda Azərbaycan bayrağı dalğalandı

SM: Ötən gün İrəvanda gənc boksçular arasında dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Sportmedia.az  xəbər verir ki, yarışa Azərbaycan da daxil olmaqla 68 ölkədən 620 idmançı qatılıb. Açılış mərasimində Azərbaycanla yanaşı digər iştirakçı 67 ölkənin bayraqları turnirin keçiriləcəyi Karen Dəmirçiyan adına idman kompleksində qaldırılıb.

Qeyd edək ki, yarışda 7 boksçumuz mübarizə aparacaq.
52 kq – Tural Əhmədov – Beynəlxalq turnirlərin qalibi
56 kq – Nəsrəddin Məmmədov – Yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı
64 kq – Pərviz Bağırov – Gənclər arasında Avropa çempionu
69 kq – Saqi Salehli – Beynəlxalq turnirlərin mükafatçısı
75 kq – Orxan Mayıllı – Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı
81 kq – Rauf Rəhimov – Gənclər arasında Avropa çempionu, yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı
91 kq – Rahil Məmmədli – Yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı

Dünya birinciliyində ilkin mərhələnin döyüşləri bu gün saat 14:00 və 19:00da baş tutacaq.


.
.
.
0.47625803947449