Gözlənilən istefa reallaşdı

11:38 16-02-2013
	Gözlənilən istefa reallaşdı
S.M: Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettinin istefası reallaşıb. Sportmedia.az xəbər verir ki, qurumun Bürosu istefası ilə bağlı məsələsini qaldırdığı prezidentin postundan gedişinə nail olub. Rusiya İdman Güləşi Federasiyalarının prezidenti Mixail Mamiaşvili Martinettinin istefaya göndərildiyini bildirib: “FİLA-nın Bürosu bu gün keçirdiyi iclasında Rafael Martinnettiyə etimadsızlıqla bağlı qərar qəbul edib. Bununla da o, istefaya göndərili. Martinetti gedişinə Büro üzvlərinin çoxu səs verib. Yeni prezidentin adı bu axşam məlum olacaq”. 

FİLA-nın Bürosunda 22 şəxs yer alıb. Onlardan biri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Hazırda Büro iclasında Əliyev də iştirak edir. 

Qeyd edək ki, Martinetti 2002-ci ildən FİLA-ya rəhbərlik edirdi 

.
.
.
0.72039604187012