Azərbaycanlı hakim Avropa çempionatı oyunlarında

12:32 22-02-2013
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarında
S.M: Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. 

Sportmedia.az xəbər verir ki, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

Oyunları martın 27-də start götürəcək bu qrupda Finlandiya, İtaliya, Macarıstan və Monteneqro milliləri mübarizə aparacaq. Qrupun qarşılaşmaları İtaliyada keçiriləcək.

.
.
.
0.63691520690918