Rauf Əliyev: "Portuqaliya Ronaldo və Nanidən ibarət deyil"

12:01 25-03-2013
Rauf Əliyev: "Portuqaliya Ronaldo və Nanidən ibarət deyil"
S.M: “Dünyanın ən güclü yığmalarından birinə qarşı oynayacağıq. Biz də meydana gücümüzü qoymağa çıxacağıq”. Sportmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Rauf Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. 

O, 2014-cü il dünya çempionatının seçmə mərhələsində Portuqaliya yığması ilə sabahkı ev oyununda nəticəyə oynayacaqlarını bildirib: “Hamı evdə yaxşı oynayacağımıza ümidlidir. Böyük ölkələrlə oyunlarda sensasiya etməyə çalışacağıq. Bu il daha çox səfərdə və ehtiyatlı oynamışıq. İsrail yığması zəif deyil və Portuqaliyaya qarşı yaxşı oyun göstərdi. Biz də elə oynayıb, rəqibi əks-hücumlarda tuta bilərik”.

Əliyev rəqibin heyətində oynamayacaq liderlər – Kriştianu Ronaldo, Naniyə görə arxayınlaşmağı düzgün saymır: “Portuqaliya Ronaldo və Nanidən ibarət deyil. Onların futbolçuları böyük klublarda oynayır. Sadəcə, Ronaldo, Nani olanda daha güclü olurlar. Eybi yoxdur, qoy Portuqaliya bizi saymasın”.

Hücumçunun sözlərinə görə, Lüksemburqla qolsuz heç-heçədən sonra ruh düşkünlüyü yoxdur: “Biz Lüksemburqla oyunda qalib gəlmək istəyirdik. Çoxları onu zəif sayırdı. Ancaq biz komandanın daxilində onu güclü sayırdıq. Səfərdə bu nəticəni qənaətbəxş saymaq olar. Mənim üçün 1, yoxsa 2 hücumçu ilə oynamağın fərqi yoxdur. Baş məşqçi haqda fikir bildirmək istəməzdim”. 

.
.
.
0.57370495796204