"Yaxşı ki, Semedonun vurduğu top qapıdan keçmədi"

11:55 25-03-2012
"Yaxşı ki, Semedonun vurduğu top qapıdan keçmədi"
SM: "Hesabda irəlidə idik. Bir epizodda isə penaltini boşa verdik".

Sportmedia.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra  "Neftçi"nin müdafiəçisi Ruslan Abışov deyib.

1:1 hesabı ilə bitən matçın ilk hissəsində "Neftçi" Flavinyonun ifasında penaltidən yararlana bilmədi. "Ağ-qaralar"ın görüşdəki yeganə qolunun müəllifi olan Abışov matçın qırılma nöqtəsinin də məhz həmin epizod olduğunu düşünür:

"Elə oyunun qırılma nöqtəsi də bu oldu. Flavinyo qolu vura bilsəydi, ikinci yarıda daha rahat oynaya bilərdik. Ancaq alınmadı. Fasilədən sonra isə "Xəzər Lənkəran" hesabı bərabərləşdirdi".


Matçın son dəqiqələrində rəqibin qola çox yaxın olduğunu söyləyən gənc futbolçu həmin epizodda bəxtlərinin gətirdiyini bildirib. Abışov qarşıdakı oyunlara daha ciddi yanaşmağın vacibliyini vurğulayıb:

"Yaxşı ki, Semedonun vurduğu top qapıdan keçmədi. Rəqiblərimiz də xal itirdi. Növbəti oyunlara ciddi yanaşacağıq. Artıq xal itirmək lazım deyil. Belə vacib xalların itirilməsi rəqiblərin bizə yaxınlaşmasına imkan verir".
 
 
 
 
sportal.az

.
.
.
0.6317081451416