"Malaqa" UEFA-ya şikayət edəcək

14:29 10-04-2013
"Malaqa" UEFA-ya şikayət edəcək
SM: "Malaqa” Çempionlar Liqasının 1/4 finalının “Borussiya” ilə təkrar oyunun baş hakimi Kreyq Tompson və onun rəhbərlikm etdiyi briqadadan UEFA-ya şikayət edəcək.

Sportmedia.az xəbər verir ki, bu barədə klubun nümayəndəsi Visente Kasado oyundan sonra bildirib. O deyib ki, rəqib üçüncü qolu ofsaytdan vurduğu halda hakim bu epizodu qeydə almayıb: “Buna görə də qitə futbol qurumuna rəsmi şikayət edcəyik. Belə bir oyunda görüşü səviyyəli hakim idarə etməliydi”.

Qeyd edək ki, “Malaqa” “Borussiya” ilə qarşılaşmada 2:1 hesabı ilə irəlidə olmasına baxmayaraq, görüşün uzatma dəqiqələrində buraxdığı iki qolla yarımfinala çıxa bilməyib.

.
.
.
0.30602312088013