Millimiz gerilədi

14:28 11-04-2013
Millimiz gerilədi
SM: FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Sportmedia.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayəsidə dörd pillə geriləyərək 120 pilləyə düşüb. 

DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya ötən ay İsrailllə heç-heçə və Azərbaycan üzərindəki qələbə sayəsində reytinqdə iki pillə irəliləyərək beşinci yerə qalxıb. Digər rəqiblərimiz Rusiya 11-ci (-1), İsrail 58-ci (+16), Şimali İrlandiya 119-cu (-22), Lüksemburq isə 147-ci (+4) pilləni tutur.

Qardaş Türkiyənin milli komandası isə 44-cü (+1) yerdə qərarlaşıb.

.
.
.
0.30667901039124