"Barselona" "Bavariya", "Real", "Borussiya" ilə üz-üzə

15:37 12-04-2013
"Barselona" "Bavariya", "Real", "Borussiya" ilə üz-üzə
SM: Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb. Sportmedia.az  xəbər verir ki, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutub.

Püşk yarımfinalda «El Klasiko»nun baş tutmasına imkan verməyib və İspaniya – Almaniya qarşıdurmalarına səbəb olub. Belə ki, finala vəsiqə uğrunda «Bavariya» «Barselona»nı, Dortmund «Borussiya»sı isə «Real»ı sınağa çəkəcək.

Qeyd edək ki, «Real» və «Barselona» tarixində 29-cu, «Bavariya» 23-cü, «Borussiya» isə 8-ci dəfə yarımfinalda iştirak edəcək.

Yarımfinalın ilk oyunları 23-24 aprel, cavab qarşılaşmaları 30 aprel-1 may tarixində keçiriləcək. Turnirin final matçı isə mayın 25-də Londondakı «Uembli» stadionunda baş tutacaq.

Çempionlar Liqası
1/2 final

Bavariya (Almaniya) – Barselona (İspaniya)
Borussiya (Dortmund, Almaniya) - Real (İspaniya)

Final
Borussiya//Real – Bavariya//Barselona

Fanat.az

.
.
.
0.32037687301636