Zaur Axundov: Məni ilk növbədə nəticə maraqlandırır

19:52 01-02-2012
Zaur Axundov: Məni ilk növbədə nəticə maraqlandırır
S.M: Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov azerisport.az saytına müsahibəsində milli komandamızın Avropa çempionatındakı şanslarından danışıb.
 
- Yığmamız AÇ-2012-yə nə dərəcədə hazırdı?
- Demək olar ki, 80 faiz hazırdı. Niyə 100 faiz hazırlaşa bilməyib? Məsələ burasındadı ki, öncədən də deyildiyi kimi, biz bu turniri Maşado Nilsonsuz keçirməli olacağıq. Amma buna baxmayaraq, bizim mínimum vəzifəmiz 1/4 finala çıxmaqdı. Portuqaliyaya, xüsusilə Serbiyaya qarşı vuruşacağıq.
 
- Deməli, əsas vəsifə serbləri qrupda saxlamaq olacaq?
- Bilirsiz ki, Portuqaliya dünyanın ən yaxşı beş komandası sırasındadı. Ötən AÇ-də onlar finala kimi irəlilərkən iki aparıcı oyunçuları yox idi. Bu dəfə isə onlar tam heyətlə mübarizəyə qoşulublar və böyük hədəfləri var. Amma bu, o demək deyil ki, biz artıq onlara məğlubiyyəti gözə almışıq. Bu, futzaldı və biz də oynaya bildiyimizi sübut etmişik. Azərbaycan onlara müqavimət göstərəcək.

- Əgər AÇ-2010-la indiki qitə birinciliyini müqayisə etsək, indiki heyətin daha az ümidverici olduğu görünür. Sizcə, niyə belədi?
- Bunun bir sıra səbəbləri var. O vaxt Serjio, Maşado Nilson, Tyaqo “Araz”da çıxış edirdilər. Yəni yığmanın əsas özəyi bu komandada cəmləşmişdi. Yığmanın baş məşqçisi daim onlarla işləmək imkanına malik idi. Amma sonradan Tyaqo Küveytə getdi, digər ikisi də Ukraynaya. Bütün bunlar da nəticədə yığmamızın 50 faiz zəif oynamasına gətirib çıxarıb.
 
- Hansısa dəyişiklik gözləməyə dəyər?
- İki il öncə yığma AÇ-də yarımfinala yüksəlmişdi. Finala çıxmaq yolunda məhz Portuqaliyaya uduzmuşduq. Özü də penalti seriyasında. Belə uğurlu göstəricidən sonra bu dəfə mübarizəni qrup mərhələsindəcə dayandırmaq istəmirik. Uğursuzluq olacağı halda təkcə baş məçqçinin yox, həm də yerli oyunçuların yığmadakı gələcək taleyinə baxılacaq. Amma hansısa radikal dəyişikliklər olmayacaq. Əslində Joze Alesionun işə münasibətini bəyənirəm. Mən daim komandaylayam və görürəm ki, uşaqlar necə həvəslə çalışırlar. Bu komanda Azərbaycan futbolu üçün çox şeylər edib. Amma federasiya prezidenti kimi məni ilk növbətə nəticə maraqlandırır.
 
- Maşado Nilsonun yoxluğu hiss olunmayacaq?
- Əgər o yoxdusa, bu, o demək deyil ki, oynamamalıyıq. Futzal da komanda idman növüdü. Burda bir oyunçudan asılı olmaq mümkün deyil. Həm də bizi qarşıda dünya çempionatının pley-off mərhələsinin oyunları da gözləyir. Artıq martın 27-də Bakıda ilk oyunumuzu keçirəcəyik.
 
- AÇ-2012-də uğurlu çıxış edəcəyi halda, komandamızı nə gözləyir?
- AFFA rəhbərliyi həmişə maddi və mənəvi cəhətdən dəstək olub və bundan hamı razı qalıb. Amma çətin ki, indi komandada bu məqamı düşünən tapılsın.


.
.
.
0.77576112747192